İsrail ordusu Qəzza zolağında yeni “nöqtə əməliyyatı”na başladığını açıqlayıb.
Azadmedia.az TRT/yə istinadən xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, Qəzzanın mərkəzi bölgəsində quru qüvvələrinin həyata keçirdiyi nöqtə əməliyyatına döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının (PUA) da dəstək verdiyi bildirilib.
Bildirilib ki, əməliyyat zamanı təyyarə və artilleriya bölmələri Qəzzanın hər yerində, xüsusən də Şücaiyyə bölgəsində ''Həmas''ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına aid olduğu iddia edilən əraziləri vurub.
Quru qüvvələrinin əməliyyatdan sonra İsrail ərazisinə geri qayıtdığı və hərbçilərin xəsarət almadığı qeyd edilib.
İsrail ordusu ötən gün Qəzzanın şimalında tanklarla əməliyyat keçirdiyini açıqlamışdı.
Bu arada İsrail ordusu Qəzza zolağını gecə ərzində də bombalamağa davam edib.
''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.
İsrail ordusu da buna cavab olaraq döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qlınclar'' əməliyyatına başladığını açıqlayıb.
Qəzzadan həyata keçirilən hücumlarda 309-u əsgər olmaqla 1400 israillinin öldüyü, 5132 israillinin yaralandığı bildirilib.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 2913-ü uşaq, 1709-u qadın və 397-si qoca olmaqla 7028 nəfərin öldüyünü, 18484 nəfərin isə yaralandığını açıqlayıb.
İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 106 fələstinlinin həlak olduğu bildirilib.
Əksəriyyəti İsrailin bombardmanları nəticəsində münaqişə bölgələrində 25 jurnalist həyatını itirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.