AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Antonio Quterreş Qəzzada dinc əhalinin öldürülməsinə görə narahat olduğunu bildirdi - Son Dəqiqə

  • + A
  • - A
  • 8-11-2023, 14:25

    Antonio Quterreş Qəzzada dinc əhalinin öldürülməsinə görə narahat olduğunu bildirdi -


    Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qəzzada dinc əhalinin öldürülməsinə görə narahat olduğunu bildirib və humanitar atəşkəslə bağlı çağırış edib.

    Azadmedia.az xəbər verir ki, mövzu ilə bağlı BMT-dən verilən yazılı açıqlamada bildirilib.

    Belə ki, açıqlamada A.Quterreşin oktyabrın 7-də İsrailə edilən hücumu pislədiyi və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi ilə əlaqədar çağırış etdiyi qeyd olunub.

    "Baş katib Qəzzada dinc əhalinin öldürülməsi və Qəzzada baş verən humanitar fəlakətə görə narahatdır'', - bəyanatda deyilir.

    ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

    Qeyd edək ki, İsrail rəsmiləri Qəzzadan həyata keçirilən hücumlarda 315-i əsgər olmaqla 1400 israillinin öldüyünü, 5132 nəfərin də yaralandığını açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR