BMT səmərəsizləşib və Qəzza zolağındakı hadisələrə heç bir şəkildə təsir göstərə bilməz. Azadmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan deyib.
Belə ki, "BMT əsaslı şəkildə yenidən qurulmalı, ədalətsiz strukturu dəyişdirilməlidir. BMT-nin parçalanmasının və yox olmasının qarşısını almaq üçün sanksiya gücünə malik funksional və hətta çəkindirici bir quruluş almalıdır", - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, onun sözlərinə görə, daimi üzvlük və veto sistemlərinə yenidən baxılmalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.