Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hərbçilərinin Azərbaycanda xidmət müddətinin bir il uzadılması ilə bağlı qanun layihəsini ölkə parlamentinə göndərib.
Qanun layihəsinə əsasən, Azərbaycan, Ermənistan və Rusiya tərəfindən 2020-ci il noyabrın 9-da işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsindən sonra imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilir.
Qanun layihəsində bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərməsi Türkiyənin regionda konstruktiv rolu üçün tələbdir.
Noyabrın 17-dən başlayaraq Türkiyə ordusunun mandatının daha bir il uzadılacağı vurğulanıb. Layihənin bu həftə parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.