İsrail üzərində təsir gücünə malik olan Qərb dövlətləri Qəzzada baş verən vəhşiliklər qarşısında tamamilə susdular. Azadmedia.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. Belə ki, “İsrailin Qəzzadakı qanunsuzluqları qarşısında susmaq dünyanın digər yerlərində qanun pozuntularına yaşıl işıq yandırmağa bərabərdir. Müqaviməti məhv etmək üçün Qəzzanın hədəfə alındığı, xəstəxanalar və məktəblərin bombalandığı üçün səssiz qala bilmərik. Biz bu qətliamı dayandırmaq və bu vəhşiliyə son qoymaq üçün çox çalışırıq. İsrailin hücumları dərhal dayandırılmalı və ikidövlətli həll mümkün qədər tez həyata keçirilməlidir”, - deyə nazir bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.