ABŞ Senatı 2023-cü il üçün Ermənistan Müdafiə Aktını qəbul edib. Bu barədə KİV ABŞ Konqresinin yuxarı palatasının saytına istinadən məlumat yayıb.
Senatorlar Amerika prezidentinin Azadlığa Dəstək Aktına Azərbaycana hərbi yardımı qadağan edən 907-ci düzəlişdən yan keçməsinə imkan verməyən sənədə səs veriblər.
Layihə Nümayəndələr Palatası tərəfindən qəbul edilsə və dövlət başçısı tərəfindən imzalansa, ABŞ prezidenti 907-ci düzəlişdən yan keçə və 2024-2025-ci illər üçün büdcə ayırmalarından Azərbaycana kömək üçün maliyyə ala bilməyəcək.
Qeyd edək ki, 907 saylı düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağandır. Bu düzəliş Konqresin 2001-ci ildə ona verdiyi səlahiyyətlərə uyğun olaraq, 2002-ci ildən bəri hər il ABŞ Prezidenti tərəfindən dayandırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.