AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Prezidentinin köməkçisi: Ermənistan sülh prosesində xoşməramlılıq nümayiş etdirməlidir

  • + A
  • - A
  • 17-11-2023, 08:11

    Azərbaycan Prezidentinin köməkçisi: Ermənistan sülh prosesində xoşməramlılıq nümayiş etdirməlidir

    Ermənistan sülh prosesində xoşməramlılıq nümayiş etdirməlidir. Azadmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa nəşrlərinə müsahibəsində deyib.

    “Azərbaycan Avrasiyada ən çox uzanan münaqişələrdən birinin həlli üçün model yaradıb. Qarabağ münaqişəsi bu qurum yaranandan bəri ATƏT-in üzləşdiyi problemlərdən biri olsa da, ATƏT bu münaqişəni həll edə bilməyib. Minsk qrupunun həmsədrlik institutu uğursuzluğa düçar oldu, çünki bu qurumun missiyası Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini dəstəkləmək və davam etdirmək idi. Bu hərbi işğal və ədalətsizlik fəsli artıq bağlanıb. Beləliklə, indi Azərbaycanın gündəliyi Ermənistanla sülhün bərqərar olmasına və ikitərəfli münasibətlərin normallaşmasına yönəlib. Amma istənilən dinc qarşılıqlı fəaliyyət hər iki tərəfin öz rolunu oynamasını tələb edir, Ermənistan da öz rolunu oynamalı və xoşməramlılıq nümayiş etdirməlidir”, - Hikmət Hacıyev qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR