ABŞ müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Sergey Şoyqu ilə birbaşa əlaqə saxlamağın vacibliyini bildirib. Azadmedia.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Ostin vurğulayıb ki, o, Amerika rəhbərliyinin “dostlarla və düşmənlərlə danışmaq” imkanına malik olmasını vacib hesab edir. Onun sözlərinə görə, ABŞ belə kommunikasiya kanallarını açıq saxlamalıdır.
Qeyd edək ki, “Hətta Rusiya və Ukrayna arasında baş verən hazırkı münaqişənin ortasında belə, telefonu götürüb Rusiyanın müdafiə naziri ilə danışmaq imkanım oldu. İnanıram ki, bu, böyük bir fürsətdir”, – deyə Pentaqon rəhbəri vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.