Beynəlxalq Ədalət Məhkəməsi bu gün kifayət qədər gecikmiş qərar qəbul edərək, Azərbaycanın Qarabağdakı etnik ermənilərin təhlükəsizliyini təmin etməli olduğuna dair qərar qəbul edib.
Bu gecikmiş qərar Bakının əvvəllər bir dəfədən çox dediklərini tam olaraq əks etdirir. Sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan qanunsuz erməni silahlı birləşmələrini öz suveren ərazilərindən birdəfəlik çıxardı və bundan dərhal sonra bu torpaqlarda yaşayan erməni əsilli insanların reinteqrasiyası prosesinə start verdi.
Üstəlik, reinteqrasiya mexanizmi Qarabağı tərk edənlərə də aiddir.
Bundan əlavə, Azərbaycan hökuməti geri qayıtmaq istəyən şəxslər üçün internet saytı yaradıb və orada açıq şəkildə qeyd olunub ki, reinteqrasiya şərtləri artıq gedənlərə də şamil edilir.
Nəzərinizə çatdıraq ki, Azərbaycan ermənilərin bütün hüquqlarını və təhlükəsizliyini çoxdan təmin edib və heç bir qərara ehtiyacı yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.