Rusiya Finlandiya sərhədində süni şəkildə miqrasiya böhranı yaratmaq üçün hibrid müharibə taktikasından istifadə edir. Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Belə ki, məlumata görə, Rusiya-Finlandiya sərhədində hibrid müharibə taktikası Rusiya və Belarusun 2021-ci ildə Polşa sərhədində miqrasiya böhranı yaratmasına bənzəyir və çox güman ki, NATO-nun sabitliyini pozmağa yönəlib:
“Daha sonra Kreml uydurma 2021-ci il böhranından istifadə edərək NATO-nu yalandan Belarusa təcavüzdə ittiham etdi. Rusiya dəfələrlə bəyan edib ki, təhlükəsizliyini təmin etmək üçün lazım bildiyi istənilən əks tədbiri görəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.