Moskva İsrail və HƏMAS arasında 4 günlük humanitar fasilə barədə razılaşmanı alqışlayır.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Belə ki, “Moskva İsrail və HƏMAS arasında 4 günlük humanitar fasilə barədə razılaşmanı alqışlayır. Münaqişənin eskalasiyası başlayandan bəri Rusiya məhz buna çağırış edirdi. Qətərin beynəlxalq ictimaiyyətin gərginliyin azaldılması çağırışının praktiki həyata keçirilməsinə yönəlmiş xüsusi səylərini alqışlayırıq”, -deyə Zaxarova bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.