Argentinanın yeni hökuməti BRİKS-ə qoşulmaq niyyətində deyil. Azadmedia.az xəbər verir ki, bunu Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mileyin xarici siyasət üzrə müşaviri və gələcək xarici işlər naziri Diana Mondino deyib.
Belə ki, "Argentina BRİKS-ə qoşulmayacaq" deyə o bildirib.
Qeyd edək ki, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası qrupa daxildir. Növbəti ildə bir sıra yeni ölkələrin birliyə qoşulacağı istisna edilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.