İsrailin ifrat sağçı milli təhlükəsizlik məsələləri üzrə naziri İtamar Ben-Qvir Qəzza zolağının işğalına çağırıb.
Azadmedia.az xəbər verir ki, Ben-Qvir bu barədə rəsmi ''X'' səhifəsində etdiyi paylaşımda bildirib. O, İsraildən Qəzzaya hücumlarını ara vermədən davam etdirməsini istəyib. Belə ki, Qəzzanı işğal etməyə çağıran Ben-Qvir belə deyib: "Biz bütün gücümüzlə Qəzzanı əzməli, ''Həmas''ı məhv etməli və Qəzza zolağına qayıtmalıyıq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.