AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Benyamin Netanyahuya qarşı korrupsiya ittihamları üzrə iş bu gündən qüvvədədir - KİV

  • + A
  • - A
  • 4-12-2023, 14:55


    Benyamin Netanyahuya qarşı korrupsiya ittihamları üzrə iş bu gündən qüvvədədir -


    İsrail Baş naziri Benyamin Netanyahuya qarşı korrupsiya ittihamları üzrə iş bu gündən etibarən Yerusəlim Məhkəməsində davam etdirilir.
    Azadmedia.az "Times of Israel"ə istinadən xəbər verir ki, məhkəmə işi oktyabrın 7-də HAMAS-ın İsrailə hücumundan sonra dayandırılmışdı.

    Belə ki, Ədliyyə naziri Yariv Levinin HAMAS-la müharibə başlayanda məhkəmələr üçün verdiyi fövqəladə sərəncamın müddəti keçən həftə başa çatıb və əksər məhkəmələrə normal fəaliyyətə başlamaq əmri verilib.
    Netanyahu hazırda dinləmələrdə iştirakdan azad edilib, lakin bir neçə aydan sonra ifadə verməyə çağırıla bilər.

    Həmçinin Netanyahu rüşvətxorluq, fırıldaqçılıq və etimaddan sui-istifadə ittihamları ilə üzləşir. Baş nazir ona qarşı bu ittihamları inkar edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR