Kanada hökuməti İranın onlarla yüksək vəzifəli rəsmisinin ölkəyə girişinin qarşısını alıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Kanadanın Sərhəd Xidmətləri Agentliyi məlumat yayıb.
Belə ki, İran hökumətinin onlarla yüksək vəzifəli rəsmisinin ölkəyə girişinin qarşısı alınıb. Sözügedən qurum Kanadada yaşayan və İran hökuməti ilə əlaqəsi ola biləcək 141 şəxsin də işinə baxıldığını bildirib.
Qeyd edək ki, 141 nəfərdən 38-nin Kanadadan deportasiya edilməsi barədə istintaq başladılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.