Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuper iki ölkə arasında hərbi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.
Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Belə ki, tərəflər regional sabitliyin təmin edilməsinin zəruriliyini vurğulayıb, birgə proqramların, xüsusilə də sülhyaratma sahəsində ortaq proqramların həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.