AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Departamenti: Azərbaycanla əməkdaşlığa son qoymaq ABŞ-ın maraqlarına zidd olardı

  • + A
  • - A
  • 6-12-2023, 11:18

    Dövlət Departamenti: Azərbaycanla əməkdaşlığa son qoymaq ABŞ-ın maraqlarına zidd olardı

    Azərbaycanla əməkdaşlığa xitam vermək ABŞ-ın maraqlarına zidd olardı. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller dünən keçirdiyi brifinqdə məlumat verib.

    "Biz heç vaxt deməmişik ki, Azərbaycanla əməkdaşlığı davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza, eləcə də regionda sülh və təhlükəsizlik maraqlarına ziddir", - Miller deyib.

    Miller qeyd edib ki, ABŞ həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqələri davam etdirir və onları davamlı sülhü təmin etməyə çağırır.

    Dövlət Departamentinin sözçüsü "Bu, diplomatik səylərimizin diqqət mərkəzində olmağa davam edəcək" dedi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR