AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Prezidenti: Biz tərəfdaş hesab edilən bəzi ölkələrlə anlaşılmazlıq müşahidə edirik

  • + A
  • - A
  • 6-12-2023, 12:50

    Azərbaycan Prezidenti: Biz tərəfdaş hesab edilən bəzi ölkələrlə anlaşılmazlıq müşahidə edirik


    Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Bakı Cənubi Qafqazdakı mövcud reallıqları beynəlxalq aktorlara izah etməyə çalışır.

    “Bu gün biz bəzi beynəlxalq problemlərlə üzləşirik. Təəssüf ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıq müşahidə edirik. Biz beynəlxalq hüquq normalarının bütün ölkələrə tətbiqinin vacibliyini vurğulayaraq, öz mövqeyimizi onlara çatdırırıq. Bu, seçici olmamalıdır”. Azadmedia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra Vətənə Qayıdış” Beynəlxalq Forumunda qeyd edib.

    Onun sözlərinə görə, Azərbaycanın istənilən hərəkəti, o cümlədən ərazi bütövlüyünün bərpası müstəsna olaraq BMT Nizamnaməsindən irəli gəlir, xüsusən də dövlət başçısı özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəni qeyd edib. “Öz ərazisinə tam nəzarət etmək Azərbaycanın suveren hüququ idi”, - deyə dövlət başçısı əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR