AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moskva Ermənistan Müdafiə Nazirliyinin bəyanatını alqışlayır - Zaxarova

  • + A
  • - A
  • 6-12-2023, 18:39

    Moskva Ermənistan Müdafiə Nazirliyinin bəyanatını alqışlayır -


    Moskva Ermənistan Müdafiə Nazirliyinin bəyanatını alqışlayır.

    Belə ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistan müdafiə nazirinin müavini Qraçya Sərkisyanın İrəvanın pulunu ödədiyi, lakin hələ də almadığı silahlara görə Rusiyanı məhkəməyə vermək niyyətində olmadığı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

    “Biz bunu ancaq alqışlaya bilərik. Belə başa düşürük ki, Rusiya Müdafiə Nazirliyi də oxşar münasibət göstərir”, - Zaxarova bildirib.

    Ermənistanın digər ölkələrlə hərbi-texniki əməkdaşlığına toxunan Zaxarova deyib ki, erməni xalqının qərbli dostları tərəfindən aldadılmasını istəmir:

    “Fransa tərəfindən təmin edilən “Bastion” zirehli maşınları uyğun deyil. Müxtəlif ölkələrdə istehsal olunan istifadəyə yararsız hərbi texnikanın toplanması heç vaxt müdafiə qabiliyyətinin artırılmasına kömək etmir”.axar.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR