Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistanın baş nazirinin ofisi birgə bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, Bakı və İrəvan regionda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi fürsətin yaranması ilə bağlı eyni fikirdədir. Hər iki ölkə münasibətləri normallaşdırmaq və suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsi bağlamaq niyyətlərini bir daha təsdiqləyir.
Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikasının Baş Naziri Aparatı arasında aparılan danışıqlar nəticəsində iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün real addımların atılmasına dair razılıq əldə olunub.
“Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq və xoşməramlılıq əlaməti olaraq 32 erməni hərbi qulluqçusunu azad edib. ”, - deyə məlumatda bildirilir.
Ermənistana qaytarılması planlaşdırılan 32 nəfər (2020-ci ilin dekabr ayında Hadrut istiqamətində həyata keçirilən antiterror tədbirləri zamanı saxlanılan şəxslər, qalan 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılan şəxslərdir) artıq cəzalarının böyük hissəsini çəkib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.