AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hərbçilərimizlə dəyişdirilənlər bu şəxslər ola bilməz

  • + A
  • - A
  • 7-12-2023, 22:45

    Hərbçilərimizlə dəyişdirilənlər bu şəxslər ola bilməz

    Xəbər verdiyimiz kimi Azərbaycan hökuməti humanizm prinsiplərinə uyğun olaraq 32 erməni terrorçusu ilə 2 hərbçimizi - Hüseyn Axundov və Aqşin Bəbirovu dəyişəcək.
    Qeyd edilib ki, 32 nəfərlik siyahıda Azərbaycan xalqına qarşı hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər törətmiş bədnam rejimin liderləri Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslərin adı yoxdur və ola da bilməz.

    Xatırladaq ki, aprelin əvvəlində hərbçilər əlverişsiz hava şəraiti və görmə qabiliyyətinin məhdud olması səbəbindən itkin düşərək Ermənistan ərazisinə keçiblər. Ötən gün Ermənistanda 20 il azadlıqdan məhrum edilən Bəbirovun cəzası ömürlük cəza ilə əvəz edilib.

    Həmçinin bildirilir ki, Ermənistan xoşməramlılıq jesti olaraq Azərbaycanın namizədliyini dəstəkləmək üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək üçün öz namizədliyini geri götürür.

    "Azərbaycan Respublikası və Ermənistan Respublikası Şərqi Avropa Qrupunun digər ölkələrinin də Azərbaycanın namizədliyini dəstəkləyəcəyinə ümid edir. Azərbaycan Respublikası xoşməramlılıq jesti olaraq Şərqi Avropa Qrupundan Ermənistan Respublikasının namizədliyini dəstəkləyir.
    Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad tədbirlərinin həyata keçirilməsi ilə bağlı danışıqları davam etdirəcək və beynəlxalq ictimaiyyəti iki ölkə arasında qarşılıqlı etimadın qurulmasına kömək edəcək və bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağıracaqlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR