AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ Bakı ilə İrəvan arasında əldə olunan razılaşmaları alqışlayır

  • + A
  • - A
  • 7-12-2023, 22:50

    Aİ Bakı ilə İrəvan arasında əldə olunan razılaşmaları alqışlayır


    Mən Azərbaycan və Ermənistan arasında əldə edilmiş böyük irəliləyişi alqışlayıram. Azadmedia.az xəbər verir ki
    bu barədə Aİ Şurasının sədri Çarlz Mişel sosial şəbəkədəki səhifəsində yazıb.

    “Biz məhbusların azad edilməsini alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel Prosesinin əsas məqsədi olub. Bugünkü tərəqqi əsas addımdır. Mən indi liderləri mümkün qədər tez sülh razılaşmasına nail olmağa çağırıram”, - deyə o yazıb.

    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikasının Baş Nazirinin Aparatı arasında aparılan danışıqlar nəticəsində iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün real addımların atılmasına dair razılıq əldə olunub.

    Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq və xoşməramlılıq jesti olaraq 32 erməni hərbi qulluqçusunu azad edir.

    Öz növbəsində, Ermənistan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq və xoşməramlılıq jesti olaraq 2 azərbaycanlı hərbçini azad edir.

    Bir xeyirxah jest olaraq Ermənistan Respublikası Azərbaycan Respublikasının namizədliyini dəstəkləmək üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək üçün öz namizədliyini geri götürür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR