Brüsseldə Azərbaycan və Ermənistan arasında görüş üzərində işləyirlər. Bu prosesin intensiv olduğunu bildirdilər. Bundan əvvəl Çarlz Mişel Bakı ilə İrəvan arasında əldə olunan razılaşmaları alqışlayıb.
Trend Avropa Şurasındakı mənbəyə istinadən yazır ki, Brüssel Bakı və İrəvanla sülh müqaviləsi üzrə yeni görüşün keçirilməsi üçün işləyir.
Bundan əvvəl Avropa Şurasının rəhbəri Çarlz Mişel Bakı ilə İrəvan arasında əldə olunan razılaşmaları alqışlayaraq, onları “siyasi dialoqda görünməmiş irəliləyiş” adlandırıb.
O, həmçinin Azərbaycan və Ermənistan başçılarını sülh müqaviləsinin imzalanması prosesini tez bir zamanda başa çatdırmağa çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.