Avropa Birliyi (AB) Gürcüstana üzvlük üçün namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel deyib.
Bundan əlavə, Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq barədə qərar qəbul edib.
Bosniya və Herseqovina ilə də qısa zamanda danışıqlara başlamaq barədə qərar verilib. Mart ayına qədər Avropa Komissiyası bu ölkə ilə bağlı hesabat təqdim edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.