Almaniya kansleri Olaf Şolts Macarıstanın Baş naziri Viktor Orbana Ukraynanın AB-yə üzvlüyü ilə bağlı danışıqlara başlamaq üçün səsvermə zamanı otaqdan çıxmağı və qəhvə içməyi təklif edib.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Belə ki, “Almaniya kansleri təklif edib ki, əgər Orban danışıqların başlamasına razı olmasa, bir müddətlik müzakirə məkanını tərk etsin. Şoltsun fikrincə, bu, 26 Avropa ölkəsinin liderlərinə Ukrayna ilə danışıqlara başlamaq lehinə qərar verməyə imkan verəcək. Macarıstan lideri isə rahat şəkildə deyə bilər ki, o, bu proseslə bağlı “lehinə” səs verməyib. Ukraynanın AB-yə daxil olması ilə bağlı müzakirələrin dalana dirənməsindən sonra kansler Orbana təklif edib: “Bəlkə sən qəhvə götürüb, otaqdan kənarda içəsən”, - deyə mənbə bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.