AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xəzərdə palçıq vulkanının güclü püsrükməsi baş verib

  • + A
  • - A
  • 5-07-2021, 14:30


    Ötən axşam Xəzər dənizində güclü alovlanma ilə müşaiyət olunan hadisənin baş verməsi haqqında məlumatlar yayılmışdır. SOCAR və FHN-nin rəsmi məlumatlarına görə hadisə palçıq vulkanının püskürməsi ilə bağlı olub. Bu haqda müvafiq video və foto materiallar da paylaşılıb.
    Aparılan dəqiqləşdirmələr nəticəsində məlum olmuşdur ki, dünən təxminən 21:50 radələrində püskürməsi qeydə alınan vulkan Bakı arxipelaqı adlanan neftli-qazlı rayonda yerləşən Daşlıdır. Vulkan Bakıdan təxminən 75 km cənub-qərbdə yerləşir. Azərbaycanın aktiv vulkanlarından hesab olunur. 1920 və 1945-ci illərdə indiki kimi odlu püskürmələri qeydə alınmışdır.
    Daşlı vulkanın güclü püskürməsi nəticəsində qeydə alınan alov sütununun hündürlüyü 500 m hündürlükdən də artıq olmuşdur. Bu da çox güman kimi sözügedən vulkanın uzun müddət ərzində püskürməməsi və böyük enerji toplaması ilə əlaqədar olmuşdur.
    Şimalda yerləşən nisbətən böyük ada vulkanlarına, o cümlədən Səngi-Muğan, Xarə-Zirəyə görə Daşlının püskürdüyü palçıq kütləsi kiçik sahədə yayılmışdır. Vulkanın dənizdə yerləşəmsi və palçığın gec quruması ilə əlaqədar, hazırda, hadisə yerində hər hansı tədqiqat işinin aparılması qeyri-mümkündür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR