AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Salyanda şadlıq sarayının sahibi cərimə olundu

  • + A
  • - A
  • 7-11-2021, 22:55


    Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində apardıqları nəzarət-profilaktiki tədbirlər zamanı rayon ərazisində yerləşən “Muğan” şadlıq sarayında qaydaların pozulması halları aşkarlanıb.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə adıçəkilən şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən edilib.
    Qaydaları pozan şadlıq sarayının sahibi F.Rzayev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunub və o, 4000 manat cərimə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR