AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 3-01-2024, 11:15

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    -Yanvarın 2-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    -Axtarışda olduğuna görə ümumilikdə 5, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    -Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
    -Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.
    ***

    *Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir*

    Yanvarın 2-də polis əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
    ***

    Yanvarın 2-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 avtomat silah, 2 ov tüfəngi, 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
    ***

    Yanvarın 1-də saat 12 radələrində paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən avtomobillərin təmiri sexindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
    Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
    Araşdırmalarla onların təmiri sexində olan “Mercedes” və “Toyota” markalı avtomobilləri əzmələri və şüşələrini sındırmaları, habelə “Hyundai” markalı avtomobilin şüşəsini sındıraraq qeydiyyat nişanlarını oğurlamaları da müəyyən olunub.
    Araşdırmalar davam etdirilir.
    ***

    Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbdirləri nəticəsində yanvarın 1-də rayon ərazisindəki evlərin birindən 5000 manat, 2000 ABŞ dolları, 100 avro pul, 8000 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Kamil Məmmədov və Qismət Nəcəfli müəyyən olunaraq saxlanılıblar.
    Araşdırma aparılır.
    ***

    Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Məhsəti qəsəbə sakini Adil Məmmədov saxlanılıb. Onun evinə baxış zamanı oradan 1 ədəd nömrəsi silinmiş “AK-74” avtomat silah, 14 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR