AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı atıcı Əlcəzair çempionu oldu

  • + A
  • - A
  • 26-05-2021, 14:33


    Əlcəzairdə yaşayan azərbaycanlı atıcı Kənan Nəbiyev Tipaza şəhərində keçirilən ölkə çempionatında birinci yeri tutub.

    Diaspora Komitəsindən "Report"a verilən məlumata görə, 12 yaşlı idmançı çempionatın birinci mərhələsində 285 xal toplayaraq 9 - 12 yaşlı uşaqlar arasında qalib olub. Bu, Nəbiyevin ilk uğuru deyil. Kənan daha əvvəl 10 metrlik məsafədən atış üzrə Tipaza şəhərində keçirilən yarışın ilk mərhələsində də həmyaşıdları arasında birinci yerə layiq görülüb.

    Qeyd edək ki, 2008-ci ilin avqustun 9-da Əlcəzairin Riqaya şəhərində anadan olmuş Kənan Nəbiyev fransız və ərəb dilində təhsil alır, idmanın atıcılıq, boks və suyatullanma növləri ilə fəal məşğul olur. Onun qısa müddət ərzində atıcılıq növündə müfəffəqiyyətlər qazanmasında peşəkar idmançı olan atası Nəbi Nəbiyevin böyük əməyi var.

    N.Nəbiyev 1990-cı illərdə atıcılıq üzrə bir sıra uğurlara nail olub və dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda Azərbaycanı təmsil edib. Hazırda Əlcəzairdə bu sahədə idmançılar və mütəxəs­sislər yetişdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR