Azərbaycan taekvondoçuları ənənəvi “Turkish Open” beynəlxalq turnirində iştirak edəcək.
Türkiyənin Antaliya şəhərində keçiriləcək G2 kateqoriyalı turnirdə ölkəmizi 22 kişi və 8 qadın idmançı təmsil edəcək. Kişilərdən ibarət milli komandanın heyətində
Masallıdan olan taekvondoçular – Rahid Vəliyev (54 kq) və Samir Məhərrəmov (68 kq) də yer alıb.
49 ölkədən 1250 taekvondoçunun qatıldığı turnirdə, fevralın 12-də qadınlar, 13-də isə kişilər mübarizəyə qoşulacaq.
Mövsümün ilk yarışında Azərbayan yığma komandasının hər bir üzvünə uğurlar arzulayırıq.
Məlumat üçün bildirək ki, taekvondo üzrə idman ustası Rahid Vəliyev Avropa çempionatının gümüş medalçısı, beynəlxalq turnirlərin mükafatçısı, Samir Məhərrəmov isə dördqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin mükafatçısıdır. Hər iki taekvondoçu Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Sadiq Ağayevin yetirməsidir.
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.