AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Nəvainin Nəvaları" adlı qiraət yarışması keçirildi

  • + A
  • - A
  • 27-05-2021, 19:36


    Türk dünyasının tanınmış şairi Əlişir Nəvainin 580-ci ildönümü münasibətilə Özbəkistanın İstanbul səfirliyi, "Avrasiya Türk Dərnəkləri Federasiyası" Türküstan elləri Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyi və Türküstanlılar Mədəniyyət və Sosial Yardım Dərnəyinin təşkil etdiyi "Nəvainin Nəvaları" adlı qiraət yarışması keçirilmişdir.
    Türk dünyasının müxtəlif yerlərindən qatılmış yarışmaçılar arasında Azərbaycandan tanınmış, sevilən gənc yazar, qiraətçi 274 nömrəli tam orta məktəbin sevimli müəllimi Müşfiqə Baladdinqızı şairin "Heyf" rədifli qəzəli ilə 1- ci yerə layiq görülmüşdür.
    Müşfiqə Baladdinqızına bu qalibiyyətlə bağlı medal, diplom, sertifikat və digər hədiyyələr təqdim olunmuşdur.
    Məktəbin direktoru Nəriman Mürsəliyev və kollektivi məktəbin sevimli müəllimi Müşfiqə xanımı əldə etdiyi bu nəaliyyəti münasibətilə ürəkdən təbrik edir! Uğurlarınız davamlı olsun!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR