AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşa Talıblı: "Bu yerdə neyləsin yazıq cəllad da..."

  • + A
  • - A
  • 8-07-2021, 18:33


    Fitva..

    Yenə üst-başından köhnəlik yağır,
    yenə bu tarixin hər işi acı...
    ...qədim karvan yolu gəlir şəhərə!
    Şəhər qapısının girişi açıq...

    ...edam tarixidi min il qabaqlar!
    Elə indinin də dardı yolları...
    ..kürdü bu torpağın tarix yaradan
    ŞAİR oğulları, ŞAH oğulları!

    Bilmirəm, bu tarix düzələcəkmi?
    ...bir saman çöpündən asılı tarix!
    ...bu torpaq tarixin sınaq yeridi,
    bu gün bu torpaqda basılır tarix!

    ...aləm bu minvalla nə günə qaldı?
    nə qaldı bir şahın quru tacından?
    ...indi nə şair var, nə fitva verən!
    Tarixin gözü də DARAĞACINDA...


    Qələm...

    ...nə şeyxəm, nə şeyxə qulluq elədim,
    nə sufi soyundan gələnəm, lələ!
    ...ayı para yazan , paradan yazan
    aypara şəklində qələməm, lələ!

    ...göyün ulduzu çox, ayparası tək!
    Göy də"Qızılağac"qoruğu kimi...
    ...mən ayın soyundan gələnəm, lələ!
    Ay da ki bir qələm qırığı kimi.

    ...əhli-hal deyiləm, qələm əhliyəm!
    ...halələr gəzirdi ay qırağında.
    ...aypara şəklində şer yazmağa
    qələm düzəldirəm ay qırığından.


    Onda oxu vardı...

    Yenə kitabstanda kitab doğulur...
    ...qəzavü-qədərin bir adı tabdı!
    ...onda oxu vardı, kitablar vardı.
    Hər şey yarı özü, yarı kitabdı...

    ...bu yerdə neyləsin yazıq cəllad da
    itmişdi yaddaşı, yadı yoxuydu!
    ...bircə torpaq vardı, alın qoymağa,
    göy üzünün belə adı yoxuydu!

    Eh, onda hardaydı dost gəmiləri?
    ...bədənə günahlar əkilməmişdi!
    ...günəş ərimirdi indiki kimi,
    İsa da çarmıxa çəkilməmişdi!

    ...kitab daşınırdı qəflə-qatırnan!
    ...onda əynimizə əzablar dardı.
    ...onda nələr vardı, nələr yoxdusa,
    onda oxu vardı, kitablar vardı!


    Paşa Talıblı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR