AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Hamıdan uzaq doğuldum..."- Paşa Talıblı

  • + A
  • - A
  • 2-10-2021, 11:30


    ...sənə təzə xəbər deyim-
    şerdən qala qurular.
    ...son ucu bəngü daşlardı,
    yürüsə nə can yorular.

    Hər həhzə haşa...çatmağa,
    atdığım daşa çatmağa,
    yeriyib başa çatmağa
    çatmaz qurular...qurular!

    ...nə oldu oldu gedirəm,
    kasaddı, boldu...gedirəm!
    ...şer də bir yoldu gedirəm,
    harda qırılar qırılar!

    *
    ...mən də hamı kimi, yahu
    anadan uşaq doğuldum.
    ...ucsuz-bucaqsız tənhalıqda
    hamıdan uzaq doğuldum.

    ...ya sonumdan sona gəldim
    ya sonsuza sonla gəldim.
    ...mən özümdən sonra gəldim,
    özümdən qabaq doğuldum.

    Hara gəldim harasından?
    ...qara sevda yarasınnan.
    ..iki daşın arasından
    yol verdi Allah...doğuldum!

    *
    Yahu, rəng-rəng doğulmuşam-
    orda yaşıl burda sarı.
    ...ağzı atəş, gözü mavi,
    səsi ötkəm qurda sarı.

    ...öz canımnan öc elədim-
    bir dərdimi üç elədim.
    ...Tanrı dağdan köç elədim
    Tanrı verən dərdə sarı.

    Ah...çəmənlər, otlar keçər...
    Keçər məndən adlar, keçər!
    ...qara qazlıq atlar keçər,
    keçib gedər yurda sarı.

    *
    (Bir tanınmış şairə)

    Çox tanınmaq həyacandı, deyirsən...
    Çox olanı çox da anıb, neylədin?
    ...sən də dövrün çox tanınan şairi!
    Canım-gözüm, çox tanınıb,
    neylədin?

    ...əsrin keçər, bitər qeylü-qalların!
    ...xanım-xatın kəcavələr keçərdi.
    ...qalvı dağam, kəlləm az-az qarsızdı,
    sən tərəfin dağları da keçəldi.

    Qalvı dağa qar qalandı, qar qalar...
    Yastı dağın yastıqları- alaçıx!
    ...ay dövrünün çox tanınan şairi,
    görək kimin yazdıqları qalacaq.

    Gündə az-az artırıram özümü...
    ...xəzəl altda xəzinələr artırdı!
    Gündə az-az artmağımla artığam!
    Camım-gözüm, nəyin məndən artıqdı?

    Paşa Talıblı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR