AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kərimin vəziyyəti ağırdır: Nə danışır, nə tərpənir

  • + A
  • - A
  • 5-11-2021, 10:21


    Kərimin vəziyyəti çox pisdir, necə var eləcə də düşüb qalıb. Nə danışır, nə tərpənir.

    Bunu Qaynarinfo.az-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən həmkarı Ağakərim Novruzovun səhhətindən danışarkən deyib. O, Kərimin sağlıq durumunun günü-gündən geri getdiyini deyib:

    "Müsbət heç nə yoxdur. Əksinə, gerilik var ki, irəlləyiş yoxdur. Həkimlər deyir tərpənməsin yerindən, yəni onu bundan sonra harasa aparmaq mümkin deyil".

    Meyxanaçı həmkarının gözəl səsi olduğunu xüsusi vurğulayıb:

    "Hərdən yanına gedirəm, baxıram ürəyim ağrayır. Onda olan səs meyxanada heç kimdə yoxdur. Tez-tez də oğlundan soruşuram. Daha o halda da deyil ki, yanına adam gəlsin, öz dərdi ilə baş-başadır. Amma onun vəziyyəti ilə maraqlananlar çoxdur, dövlət də dəstək olur. Allah kömək olsun, bu sənətdə Kərim bir də yetişər, ya yox, bilmirəm".

    Qeyd edək ki, meyxana ifaçısı Ağakərim Novruzov 2017-ci ilin mart ayında insult keçirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR