AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətənlə bütövləşən, dövlətin təhlükəsizliyinə, xalqın rifahına həsr olunan ömür

  • + A
  • - A
  • Bu gün, 19:20

    Vətənlə bütövləşən, dövlətin təhlükəsizliyinə, xalqın rifahına həsr olunan ömür

    Həyatda elə insanlar var ki, onların bütün ömrü, həyat və fəaliyyəti dövlətin təhlükəsizliyinin, onun suverenliyinin, rifah və səadətinin ayrılmaz tərkib hissəsinə çevrilir. Onlar sanki dünyaya bu missiya ilə gəlir, sona qədər bu ilahi missiyaya sadiq qalırlar. Bu qəbildən olan vətənpərvərlərdən biri də həyatının önəmli bir qismini Azərbaycanın sərhəd təhlükəsizliyinin təmininə həsr edən, bu gün də dövlətimizin bütövlüyünün, sabitlik və tərəqqisinin keşiyində dayanan ehtiyatda olan polkovnik-leytenant, iqtisadçı və iş adamı Əhmədov Maarif Talış oğludur.

    Naxçıvan Sərhəd Dəstəsindən başlayan xidmət yolu: Vətən sərhədlərinin keşiyində!

    Maarif Əhmədovun xidmət yolu Naxçıvan Sərhəd Dəstəsindən başlayıb. 1994-cü ildə Naxçıvan Sərhəd Dəstəsində xidmətə başlayan Maarif Əhmədov, qısa zamanda sərhədçi peşəsinin incəliklərini dərindən öyrənməyə, komandanlığın rəğbətini qazanmağa nail olur.



    Qeyd edək ki, ötən əsrin 90-cı illəri Azərbaycan üçün bütün müstəvilərdə olduğu kimi, sərhəd təhlükəsizli sahəsində də ağır, keşməkeşli illər idi. Belə ki, 1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycanın sərhəd təhlükəsizliyinin təminatında ciddi çətinliklər meydana çıxmışdı. Sərhədlərin qorunması üçün gərəkli texnika və müşahidə qurğuları çatışmır, ən əsası, bu sahədə ixtisaslaşdırılmış kadrlara ciddi ehtiyac duyulurdu. Yaranmış vəziyyət sərhədlərimizin qorunmasında iştirak edən hər kəsdən ikiqat diqqət və fədakarlıq tələb edirdi. Məhz belə bir zamanda Naxçıvan Sərhəd Dəstəsində xidmət edən Maarif Əhmədov, verilən tapşırıqları yüksək səviyyədə, əsl peşəkarlıqla yerinə yetirməsi, hər bir məsələyə yaradıcı yanaşması, novatorluq ruhu ilə diqqət çəkirdi. Qısa zaman keçməsinə baxmayaraq, Maarif Əhmədov Naxçıvan Sərhəd Dəstəsində hər kəsin xüsusi ehtiram və hörmət bəslədiyi birinə çevrilmişdi.

    1995-ci ildə ölkə daxilində qarışıqlıq və gərginlik yaranan zaman Naxçıvan Sərhəd Dəstəsindən Ulu Öndər Heydər Əliyevin çağırışına səs verən şəxslərdən biri də Maarif Əhmədov oldu.

    “Azərbaycan Bayrağı” ordenli qəhrəman!

    1995-ci ildə ölkəmizdə Ümummilli Lider Heydər Əliyev hakimiyyətinə, xalqın iradəsinə qarşı baş verən təxribatlar, bu təxribatlar əsnasında yaranan gərginlik və qarşıdurma milli qüvvələrin birliyini, onların mərkəzi hakimiyyət ətrafında sıx birləşməyini zəruri edirdi. Xaricdəki anti-Azərbaycan qüvvələri baş verənləri böyük maraq və ümidlə gözləyir, daxili qarşıdurmaların Azərbaycanı zəiflədəcəyini, onların da bundan istifadə edərək öz məkrili məqsədlərini həyata keçirəcəyini ümid edirdi. Lakin bədxah qüvvələrin bütün göğzləntilərinə rəğmən Azərbaycan xalqı öz böyük oğlu – Ulu Öndər ətrafında qətiyyətlə birləşərək növbəti dəfə öz iradəsini ortaya qoydu. Nəticədə, daxili qarşıdurmalara son qoyuldu, mərkəzi hakimiyyət daha da möhkəmləndi ki, bu da Azərbaycanın maraqlarını beynəlxalq müstəvidə daha inamla müdafiə etməyə imkan verdi.



    1995-ci il olaylarında Ulu Öndəri çağırışına səs verən zabitlərdən biri də Maarif Əhmədov oldu. Həmin hadisələr zamanı göstərdiyi igidliklərə görə gənc o, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi. Bu, dövlətin öz gənc zabitinə göstərdiyi növbəti böyük etimad, onun qəhrəmanlıqlarına verdiyi növbəti qiymət oldu.

    Silahlı cinayətkarlarla üz-üzə: Zaqatala-Balakən hadisələri və dövlətimizin tarixi uğuru!

    Bir müddət Bakı Sərhəd Dəstəsində xidmət edən Maarif Əhmədov Naxçıvanda olduğu kimi, burada da özünü çalışqan və yaradıcı zabit kimi göstərir, ən çətin tapşırıqların belə öhdəsindən böyük müvəffəqiyyətlə gəlir.

    2001-ci ildə Zaqatala-Balakən raonlarında kriminogen vəziyyətin gərginləşməsi silahlı cinayətkarlara qarşı sərt mübarizə tədbirlərinin görülməsini zəruri edirdi. Məhz belə həssas və mürəkkəb bir zamanda Maarif Əhmədov yenidən əldə silah doğma vətənin, onun suverenliyinin və təhlükəsizliyinin keşiyinə qalxdı, cinayətkara qarşı mübarizədə fəal iştirak etdi.




    Qürurvericidir ki, torpaqlarımız erməni işğalından azad ediləndən sonra bu torpaqların dirçəldilməsi, əkilib-becərilməsində yer alan ilk şəxslərdən biri də məhz Maarif Əhmədov olur.

    Maarif Əhmədov bu gün də iqtisadi sahədə öz fəaliyyətini uğurla davam etdirməkdə, iqtisdi maraqlarımızın müdafiəsi, milli iqtisadiyyatımızın inkişafı, dövlətimizin iqtisadi müstəvidə daha da güclənməsi istiqamətində əzmlə çalışmaqdadır.

    İqtisadi müstəvidəki çoxşaxəli fəaliyyəti və bu sahədə əldə etdiyi uğurlar onu deməyə əsas verir ki, Maarif Əhmədov qarşıdakı illərdə də respublikamzın iqtisadi tərəqqisinə ciddi töhfələr verəcək, dövlətimizin qarşıya qoyulan iqtisadi hədəflərə çatmasında bundan sonra da mühüm rol oynayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR