AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazim Ağayev: İlham Əliyevin möhtəşəm zəfəri

  • + A
  • - A
  • 11-11-2020, 13:45




    Qalibiyyətin mübarək, Ali Baş Komandan!

    Zəfərin qutlu olsun, şanlı Azərbaycan əsgəri!

    Ey ana torpaq uğrunda can qoyub müqəddəsləşən, şəhadət aşiqləri!

    Qəhrəman elimiz, obamız, ulusumuz, Vətən sevdalılarımız!

    Azadlığı haqq eyləyən dədə-baba yurdumuz, Qarabağımız!

    Qələbə sənə yaraşır, Bütöv Azərbaycanımız!

    Xaçmaz Regional Mədəniyyət İdarəsinin Rəisi Nazim Ağayev - Azərbaycan xalqı bu 30 ildə çox faciələr yaşadı, haqsızlıqlara uğradı, ədalətsizliyin qurbanı oldu. Tarixi dədə-baba torpaqlarından qovuldu, soyqırımlarla üzləşdi, tükürpərdici vəhşiliklərə məruz qaldı. Əsir, əliyalın mülki vətəndaşlarımıza qarşı olmazın işgəncələr verən faşist xislətli düşmənin iyrənc əməllərinə şahidlik etdi. Öz vətənində qaçqına, köçkünə çevrildi, illərlə vətən həsrəti gəzdirdi ürəyində...

    Çox körpələr doğuldu Xankəndini, Şuşanı, Laçını, Ağdamı, Kəlbəcəri, Zəngilanı, Füzulini, Qubadlını, Cəbrayılı yalnız fotolardan, sınıq xatirələrdən tanıyan...

    Çox babalarımız, nənələrimiz, atalarımız, analarımız doğma yurdlarını bir daha görmədən bu dünyayla vidalaşdı, yurdlarını son dəfə tərk edərkən götürdükləri bir ovuc torpaq səpildi üzərlərinə...

    Və bu ağrı-acılı 30 ilin məngənəsində həmin o bir ovuc müqəddəs vətən torpağı da tükəndi...

    Heç zaman haqq işimizdən vaz keçmədik

    Elə səbrimizin, dözümümüzün, hövsələmizin tükəndiyi kimi...

    Əslində biz çoxdan yol gəlirdik, ta 30 ilin o tayından bu müqəddəs ana doğru... Nə qədər zülm etsələr də, gözümüzü qorxutmaq istəsələr də, barışmadıq, boyun əymədik azğın düşmənə. Hər birimiz Ermənistandan əsirlikdən gələn vətəndaşlarımızın yaşadıqları, şahidi olduqları işgəncələri eşitmişik, bilirik. Həmin əsirlərin əksəriyyəti isə yaşadıqları bir işgəncədən daha çox danışırdılar: "Ermənilər torpağı ağzımıza yığıb, bizi döyürdülər, deyirdilər ki, "Qarabağ Azərbaycanın deyil” söyləyin. Amma bizə nə qədər işgəncə versələr də, heç zaman bu haqsız sözü dilimizə gətirmədik”.

    Bəli, biz heç zaman "Qarabağ Azərbaycandır!” haqq nidasından vaz keçmədik, müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsərək atacağımıza adımız kimi əmin olduq. Sülh yolu ilə mümkün olmasa, Qarabağımızın işğaldan azad edilməsi, vətənimizin bütövlüyü uğrunda son damla qanımıza qədər vuruşaraq qalib gələcəyimizə Azərbaycan xalqının qürur zirvəsi Şəhidlər xiyabanında and içdik.

    And içdik ki, məğrur Azərbaycan bayrağını Qarabağın ən hündür zirvələrində dalğalandıracağıq.

    Qarabağ bizimdir!

    Budur, artıq həmin qürurlu, şərəfli, zəfər müjdəli qalibiyyət günlərini yaşayırıq.

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin, rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində qələbə sevincimizi yenə də Şəhidlər xiyabanında qeyd edirik.

    Deyirik ki, Laçın da, Şuşa da, Kəlbəcər də, Ağdam da, Füzuli də, Cəbrayıl da, Zəngilan da, Qubadlı da, Qarabağ da bizimdir. Bir anın içində, yüz minlərlə köçkün vətəndə qəribçilikdən qurtuldu.

    Əzmkar sərkərdəmiz bir həmlədəcə düşmənin belini sındırdı, onu diz çökməyə məcbur etdi. Sülh üçün yalvarmaq məcburiyyətinə məhkum elədi.

    Çünki Yer üzündə qorxaqlıq, alçaqlıq, riyakarlıq, tamahkarlıq, namərdlik və bu kimi insanlığa xas olmayan çoxlu sayda eybəcər sifətləri təcəssüm etdirən erməni vandalları sülhün nə olduğunu belə bilmirlər. Mütləqdir ki, başlarına yumruğu zərblə endirəsən və bunu da möhtərəm Prezidentimiz İlham Əliyev layiqi ilə yerinə yetirdi. Ermənilərin xəstə təfəkkürlərinin məhsulu olan Qarabağ iştahlarını başlarında çatlatdı.

    Və Ali Baş Komandanımız noyabrın 10-da bir qərinəlik Vətən həsrətimizin sona yetməsini, şanlı Qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini də verdi.

    Nəhayət ki, haqq-ədalət yerini tutdu, 30 il davam edən işğala son qoyuldu.

    Bütün Azərbaycan xalqı bu tarixi zəfərin qürurunu paylaşmaq üçün küçələrə axışdı, sevinc göz yaşlarımız selə döndü. İndi yurdumuzun dörd bir yanında əllərində ay-ulduzlu üçrəngli bayraqlar dalğalandıran, Müzəffər Ali Baş Komandanımızın portretlərini tutan milyonlarla insan rəşadətli Ordumuza, qalib Əsgərimizə, Prezidentimizə minnətdarlıqlarını ifadə etmək coşqusu yaşayırlar.

    Min illərin o tayında qürurla xatırlanacaq möhtəşəm Qələbənin şahidi olduq

    İlahi, necə xoşbəxt taleyə malik bir nəsilik. Min illərin o tayında qürurla xatırlanacaq möhtəşəm Qələbə günlərinin canlı şahidləriyik. Bu qələbədə hər birimizin azacıq da olsa payı oldu. Ön səngərdə, arxa cəbhədə müsəlləh əsgərə çevrildik. Ordumuza dəstək olmaq üçün hər birimiz öz sahəmizdə əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Və qəhrəman əsgərlərimiz üçrəngli müqəddəs bayraqlarımızı düşmən tapdağından azad edilən Vətən torpaqlarımızda dalğalandırdıqca qəlbimiz fərəhdən dağa döndü, qürurlandıq.

    Qalibiyyətinlə fəxr edirik, cənab Ali Baş Komandan!

    Zəfərinə alqış olsun, ey qüdrətli Azərbaycan Ordusu!

    Ruhunuz qarşısında baş əyirik, torpaqlarımız uğrunda şəhid olan bütün qəhrəman oğullarımız, qızlarımız!

    Bayraqları Qarabağda dalğalanan Azərbaycan!

    Qələbən mübarək!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR