AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirildi

  • + A
  • - A
  • 19-01-2021, 22:18


    20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi şagirdlərin gözü ilə” mövzusunda YAP Yevlax rayon təşkilatı rayon məktəbliləri arasında rəsm müsabiqəsi keçirmişdir.

    Şəhər 5 №-li tam orta məktəbin XI sinif şagirdi Şükürzadə Şamxal Xəyyam oğlu müsabiqədə I yeri, Şəhər 3 №-li tam orta məktəbin IX sinif şagirdi Əsədzadə Gülay Fizuli qızı müsabiqədə II yeri, Şəhər 1 №-li tam orta məktəbin X sinif şagirdi Sadıqova Pərvin Hüseyn qızı müsabiqədə III yeri tutmuşdur.

    Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov qaliblərə Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının fəxri-fərmanlarını və qiymətli hədiyyələrini təqdim etmiş, onlara yaradıcılıq uğurları, dərslərində müvəffəqiyyət arzulamışdır.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR