AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xaricdən gətirilən mallara tətbiq edilən limit 500 dollara qaldırılacaq? - AÇIQLAMA

  • + A
  • - A
  • 4-03-2021, 13:45


    Xaricdən poçt xidmətləri vasitəsi ilə alınan mallara aylıq maksimum 300 dollar həcmində tətbiq edilən rüsumsuz limitin artırılması sosial şəbəkələrdə və ictimaiyyətdə çox müzakirə olunan məsələdir.

    Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası ilə bağlı keçirilən brifinqində deyib.

    Onun sözlərinə görə, sifariş məbləğinin üzərinə əməliyyat haqqının da əlavə edilməsi mümkün deyil:

    "Əməliyyat haqqı bu məbləğin üzərinə əlavə edilə bilməz, lakin çatdırılma xərcləri bura daxil ola bilər ki, burada isə məbləğ 3-5 dollar təşkil edir”.

    Səfər Mehdiyev qeyd edib ki, rüsumsuz 300 dollar limiti ilə bağlı qərar qəbul edilmədən öncə aparılan statistik araşdırmalara görə, sifarişlərin 85-87 faizi 300 dolları keçmirdi:

    "Dəfələrlə izah etmişik ki, bu rəqəmlər digər ölkələrlə müqayisə kifayət qədər adekvatdır. Əgər hökumət rüsumsuz limitin artırılaraq 500 dolları əhatə etməsi və ya limitin endirilməsi ilə bağlı qərar verərsə, bizim işimiz bu qərarları icra etmək olacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR