AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mayis Bərxudarov Ağdam və Xocavənddə yeni hərbi hissələrin açılışını etdi – VİDEO

  • + A
  • - A
  • 29-05-2021, 12:07



    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam və Xocavənd rayonları ərazilərində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli daha iki hərbi hissə istifadəyə verilib.

    Respublika Günü münasibətilə keçirilən açılış mərasimlərində birlik komandiri general-mayor Mayis Bərxudarov Müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb.

    Qeyd edək ki, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili və aparılması məqsədilə modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

    Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi prosesi planlı şəkildə davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR