AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Media haqqında" Qanun bəzi dəyişiklikləri zəruri edib

  • + A
  • - A
  • 16-01-2024, 16:31

    "Media haqqında" Qanun bəzi dəyişiklikləri zəruri edib

    Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
    Komitə sədri Tahir Mirkişili sessiyanın başlaması münasibəti ilə deputatları təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.
    Tahir Mirkişili diqqətə çatdırıb ki, iclasın gündəliyinə komitənin 2023-cü il payız sessiyasının hesabatı, 2024-cü ilin yaz sessiyası üçün iş planının layihəsi və iki qanun layihəsi daxil edilib.
    Qanun layihələrindən biri “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar olub.
    “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsində təklif olunan dəyişikliklər bir sıra qanunların “Media haqqında” Qanuna uyğunlaşdırılmasının təmin edilməsini nəzərdə tutur.
    Deputatlar sənədlə bağlı öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
    Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR