AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət suverenliyinin tam bərpası 2023-cü ilin ən möhtəşəm hadisəsi oldu

  • + A
  • - A
  • 4-01-2024, 18:45

    Dövlət suverenliyinin tam bərpası 2023-cü ilin  ən möhtəşəm hadisəsi oldu

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində qeyd etmişdir ki, “2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür”.
    Ölkəmiz Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün ciddi təhdid yaradan silahlı münaqışənin diplomatik üsullarla həll etməyə çalışsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi buna imkan vermədi. Belə bir şəraitdə beynəlxalq hüquq yalnız hərbi yolla bərpa edilə bilərdi və 44-günlük Vətən müharibəsinin gedişində Ermənistanın silahlı qüvvələri darmadağın edildi. 2020-ci il 10 noyabrda imzalanan Üçtərəfli bəyanat Ermənistanın kapitulyasiya aktı olsa da, düşmən ordusunun qalıqları Azərbaycan ərazisini hələ tam tərk etməmişdi. Əksinə, Qarabağa yeni silahlar, sursatlar, hərbi texnika gətirilirdi və mina terroru davam edirdi. Sadəcə 2022-ci ilin avqustundan başlayaraq, Laçın yolu ilə Ermənistanda 2021-ci ildə istehsal olunmuş 2700 mina və partlayici qurğular ərazimizə daşınmışdır. Əlbəttə ki, ölkəmiz heç bir halda yaranmış vəziyyətlə razılaşa bilməzdi.
    2023-cü il sentyabrın 19-da başlamış və cəmi bir gün ərzində davam edən antiterror əməliyyatı böyük uğurla nəticələndi və Qarabağda qanunsuz marionet rejimin çökdürülməsi separatçılığa vurulan ən möhtəşəm zərbə oldu.
    Azərbaycanın konstitusiya quruluşunun bütövlükdə ərazimizdə bərpa olunması, beynəlxalq hüquqdan qaynaqlanan ərazi üstünlüyü prinsipinin qeyd-şərtsiz həyata keçirilməsi bir daha təsdiq etdi ki, suveren ərazimizdə ölkə qanunlarından kənarda heç bir “boz zona” ola bilməz.
    Prezident İlham Əliyevin dediyi kimi, “biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik.”
    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR