AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənab Prezident çox açıq şəkildə Ermənistana mesaj verdi

  • + A
  • - A
  • 12-01-2024, 17:55

    Cənab Prezident çox açıq şəkildə Ermənistana mesaj verdi

    Ceyhun Məmmədov,
    Millət vəkili

    Hesab edirəm ki, həqiqətən də Qərbin maraqlarından çıxış edən dairələr uzun müddət Ermənistanla birlikdə Azərbaycan xalqının məğlubiyyətlə barışmasına səy göstərdilər: “Bütün bunlarda məqsəd o idi ki, torpaqlar işğaldan azad edilmədən iki ölkə arasında münasibətlər bərpa olunsun. Bununla bağlı çoxsaylı səylər göstərdilər. Bunda əsas hədəf və məqsəd Azərbaycan xalqını işğalla barışmağa məcbur etmək idi. Həmçinin bu məqsədlə böyük məbləğdə vəsaitlər sərf edildi və davamlı olaraq təbliğat da aparılırdı ki, insanlar bu məsələni unutsunlar. Bir sözlə, torpaqların itkisi ilə barışsınlar. Ermənistan da ərazilərimizi həmişəlik işğal altında saxlasın. Əsas hədəf və məqsəd bundan ibarət idi.
    Azərbaycan dövləti, xalqı bütün bunları bildiyi üçün bununla barışmaq niyyətində deyildi. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan uzun müddət torpaqların işğaldan azad olunması üçün ciddi addımlar atdı. Nəhayət uyğun bir əlverişli geosiyasi məqamda ərazilərimizi işğaldan azad etdik.
    Prezidentin bir daha bu məsələni xatırlatması, hesab edirəm, həm də o mənada önəmlidir ki, insanlarımız bu məkrli cəhdləri, planları heç vaxt unutmamalıdılar. Bilməlidilər ki, bir vaxtlar Azərbaycana qarşı belə xain planlar var idi. Həmin xain planların qarşısını Prezidentin başçılığı ilə Azərbaycan xalqı qətiyytlə ala bildı. O üzdən, biz bu anlamda reallıqları unutmamalıyıq və çalışmalıyıq ki, belə məkrli planları hər zaman ifşa edək. Bu gün təəssüf ki, müxtəlif fikirlər səsləndirilir və təxribat xarakterli müəyyən planlar qurulur. Ona görə də biz bu kimi məsələlərdə maksimum diqqətli və ayıq-sayıq olmalıyıq. Onu da qeyd edim ki, belə xain planlar həm də sözügedən dövlətlərin mahiyyətini açıq-aşkar ortaya qoyur. O baxımdan biz hər zaman diqqətli olmalıyıq”.
    Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı rəsmi Bakının haqlı və konkret mövqeyini də ifadə etdi. Ölkə rəhbəri Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşmanın şərtlərinə zidd olaraq Azərbaycanla Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsi yaratmadığını xatırlatdı. Prezident Naxçıvana gedən yolun təhlükəsizliyi ilə bağlı Ermənistan rəhbərliyinin qarantiyalarının kifayət olmadığını, nəzarəti razılaşmada qeyd olunduğu kimi Rusiya tərəfinin həyata keçirməli olduğunu vurğuladı. Dövlət başçısı Zəngəzur dəhlizini hərbi güc yolu ilə açmayacağını bəyan etdi.
    Proseslərin gedişi göstərir ki, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində heç bir ciddi dəyişiklik yoxdur. Bu dəhlizin açılmasına Ermənistan mane olmağa çalışır:
    "Azərbaycanın mövqeyi isə çox qəti və prinsipialdır. Cənab Prezident növbəti dəfə Ermənistan tərəfinə çox ciddi bir mesaj verdi ki, bu dəhliz açılmalıdır. Əslində, əvvəl də bu məsələyə bir neçə dəfə cənab Prezident toxunmuşdu. Qeyd etmişdi ki, ya könüllü formada Ermənistan bunu edəcək, ya da buna məcbur ediləcək. Düşünürəm ki, Ermənistan bu mesajlardan ciddi nəticə çıxartmalıdır və real addımlar atmalıdır. Zəngəzur dəhlizinin açılması və burada maneəsiz keçidlə bağlı məsələlər 10 noyabr razılaşmasında əksini tapıb. Gözlənti ondan ibarət idi ki, Ermənistan sərhədi, daha doğrusu, dəhlizi ən qısa vaxtda açacaq. Amma təəssüf ki, bunun real nəticələrini görmürük".
    Parlamentari əlavə edib ki, əgər Ermənistan mane olmağa çalışarsa, Azərbaycan da öz məqsədlərini həyata keçirmək üçün digər məsələləri nəzərdən keçirə bilər: "Ermənistan reallığı nəzərə almalıdır. Əks təqdirdə bu məsələdən ən çox əziyyət çəkən, problemlə üzləşən Ermənistan özü olacaq, uzun müddət qapalı vəziyyətdə qalacaq. Azərbaycan vətəndaşlarının birmənalı olaraq Naxçıvana sərbəst, rahat gedişi üçün şərait yaradılmalıdır. Vətəndaşlarımız heç bir yoxlama proseduru olmadan Naxçıvana gediş-gəliş əldə etməlidir. Cənab Prezident çox açıq şəkildə Ermənistana mesaj verdi".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR