AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: “Yeni dövr qarşımızda yeni vəzifələr qoyur”

  • + A
  • - A
  • 19-02-2024, 16:13

    Deputat: “Yeni dövr qarşımızda yeni vəzifələr qoyur”


    “Azərbaycan yeni mərhələyə qədəm qoyub. Məhz bu yeni dövrdə ölkəmizin qarşısında yeni vəzifələr durur”.Bu fikirləri AzadMedia.az-a açıqlamasında Qərbi Azərbaycanm icmasının sədri, deputat Əziz Ələkbərli bildirib.
    O, prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki çıxışına toxunaraq qeyd edib ki, yeni dövr hər birimizin üzərinə məsuliyyət qoyur:
    “Təbii Azərbaycan beynəlxalq arenada millət və dövlət mraqlarını diqtə etməkdədir. Quruculuq işlərinin sürətlə inkişaf etdirilməsi, Qarabağ və Şərqi Zəngəzurda məskunlşamanın davam etdirilməsi dövlətin hər zaman prioritet məsələlərindən biri olub. Həmçinin əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, zəfəri qazanan xalqın zəfərə layiq həyat şəraitinin təmin olunması eləcə də tarixi ədalətin bərpa olunması insanlarımızın Qarabağ müharinəsinin birinci mərhələsində qovulduqları ata baba yurdlarına Qərbi Azərbaycan torpaqlarına qayıdışı məsələsində irəliyə doğru addımların atılmasıdır.
    Biz bu məsələni dinc yolla, ləyaqətli şəkildə insanlarımızın təhlükəsizliyinin tam təmin olunması şərtilə qayıdışı təmin etməyə hazırıq”

    Xəlil XƏLİLOV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR