AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Neft və Sənaye Universitetində keçid balları - SİYAHI

  • + A
  • - A
  • 25-04-2025, 16:58

    Neft və Sənaye Universitetində keçid balları - SİYAHI

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2024-cü il qəbul imtahanlarından sonra formalaşan ixtisaslar üzrə keçid balları açıqlanıb.

    Ən yuxarı keçid balı "Neft-qaz mühəndisliyi" (ingilis dili) ixtisasında olub. Bu ixtisasda oxumayanlar ən azı 618.1 bal toplayıb.

    Ən çox seçilən ixtisaslar üzrə keçid balları aşağıdakı kimidir:

    Kompüter elmləri: 452.8 bal

    Kompüter elmləri (ingilis dili): 561.2 bal

    İnformasiya texnologiyaları: 513 bal

    İnformasiya texnologiyaları (ingilis dili): 588.6 bal

    Sənaye mühəndisliyi: 200 bal (dövlət sifarişli 307.6)

    Sənaye mühəndisliyi (ingilis dili): 526.2 bal

    Neft-qaz mühəndisliyi: 477.3 bal

    İnformasiya təhlükəsizliyi (ingilis dili): 606.5 bal

    Ən aşağı dövlət sifarişli keçid balı "Cihaz mühəndisliyi" (201.5), "Geologiya və geofizika mühəndisliyi" (203.7), "Geologiya" (226.1) ixtisaslarında olub.

    II qrupda isə "İqtisadiyyat" ixtisası (tədris ingilis dilində) ən yüksək keçid balı ilə fərqlənib — 433.5 bal (pulsuz yer üçün).


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR