AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəngilan rayonunda əməyin mühafizəsi ilə bağlı növbəti maarifləndirmə tədbirləri keçirilib

  • + A
  • - A
  • 15-05-2025, 15:40

    Zəngilan rayonunda əməyin mühafizəsi ilə bağlı növbəti maarifləndirmə tədbirləri keçirilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı və Cahangirbəyli kəndlərində növbəti maarifləndirmə tədbirləri baş tutub.

    Bu tədbirlər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təmin olunmasına dövlət dəstəyinin davamı olaraq həyata keçirilib.

    Zəngilan rayonunda keçirilən növbəti 2 maarifləndirmə tədbirində ümumilikdə 8 müəssisədən 102 rəhbər və işçi heyəti iştirak edib.

    Mərkəz tərəfindən işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahəsində təqdim edilən xidmətlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, əməyin mühafizəsi sahəsində təsdiq edilmiş yeni dövlət standartlarının tələbləri və tətbiq sahələri ilə bağlı məlumatlar işəgötürənlərin diqqətinə çatdırılıb.

    Tədbirlər zamanı iştirakçılar dövlətin layiqli əmək siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları barədə ətraflı şəkildə məlumatlandırılıblar. Həmçinin tədbiri təşkil edən qurumların fəaliyyət istiqamətləri və əmək münasibətlərinin tənzimlənməsinə verdikləri dəstək haqqında da geniş izahat verilib.

    Maarifləndirmə tədbirləri çərçivəsində iştirakçılara yaddaş kitabçaları, bukletlər və digər təlimat xarakterli materiallar təqdim olunub, həmçinin onların sualları cavablandırılıb.

    Tədbirlərdə Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak edib.

    Bu cür maarifləndirici tədbirlərin cari ildə digər azad edilmiş ərazilərdə də keçirilməsi davam etdiriləcək.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR