AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

  • + A
  • - A
  • Dünən, 09:51

    2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

    TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilk 6 ayı (yanvar-iyun) ərzində ümumilikdə 12 393 131 müraciət qeydə alınıb. Bunlardan 260 661-i stasionar, 12 132 470-i ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciət sayı 4 % artıb.

    Yanvar-iyun aylarında göstərilən xidmət sayında ötən illərin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 44 174 073 (5 811 277 stasionar, 38 362 796 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı ötən illə müqayisədə 13% artıb.

    Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlk 6 ay ərzində 18 722 731 sayda laborator müayinələr aparılıb ki, onların da 2 843 708-i stasionar, 15 879 023-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 18 % artım qeydə alınıb.

    Eyni zamanda yanvar-iyun ayları ərzində 181 352 cərrahi əməliyyat və prosedur (169 138 stasionar, 12 214 ambulator olmaqla) icra olunub. Cərrahi əməliyyat və prosedurların sayı isə ötən illə müqayisədə 1 % azalıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR