AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU 40-dan çox ölkənin 150-dən artıq universiteti ilə əməkdaşlıq edir

  • + A
  • - A
  • 16-01-2024, 13:30

    BDU 40-dan çox ölkənin 150-dən artıq universiteti ilə əməkdaşlıq edir

    2023-cü ildə Bakı Dövlət Universiteti (BDU) müxtəlif ölkələrin tanınmış universitetləri ilə 14 əməkdaşlıq müqaviləsi (Üsküdar Universiteti, Karabük Universiteti, Donostia Beynəlxalq Fizika Mərkəzi, Köln Universitetinin Hava hüququ, kosmos hüququ və kiber hüquq İnstitutu, Kanaqava Universiteti, Türk Dünyası Jurnalistlər Federasiyası, Qranada Universiteti, NED Mühəndislik və Texnologiya Universiteti, Ankara Sosial Elmlər Universiteti, İstanbul Texniki Universiteti, Pekin Xarici Dillər Universiteti, Hacettəpə Universiteti, Hefey Texnologiya Universiteti, Tongji Universiteti) imzalayıb.

    8 müqavilə (Varşava Universiteti, Ege Universiteti, Tsukuba Universiteti, Buxarest İqtisadi Elmlər Universiteti, Quaid-i-Azam Universiteti, Çukurova Universiteti) üzərində isə danışıqlar aparılır.

    Qeyd edək ki, BDU hazırda 40-dan çox ölkənin 150-dən artıq universiteti ilə əməkdaşlıq edir.

    BDU Beynəlxalq Astronavtika Federasiyasının (BAF) Baş Assambleyasının 2023-cü il üçün ilk sessiyasında rəsmi üzv seçilib. Bu seçki 2-6 oktyabr 2023-cü il tarixlərində Bakı şəhərində keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi (IAC 2023) çərçivəsində baş tutub. Beləliklə, BDU-nun üzv olduğu beynəlxalq assosiasiyaların sayı da 12-yə çatıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR