Azərbaycan martın 5-7-də Almaniyanın paytaxtında keçiriləcək “ITB Berlin” beynəlxalq turizm sərgisində təmsil olunacaq. Bu barədə KİV məlumat verir.
Azərbaycan Dövlət Turizm Agentliyi artıq tədbirdə iştirak üçün hazırlıqlara başlayıb.
Tədbir Berlindəki “Messe Berlin” sərgi mərkəzində “Səyahət və turizmə keçiddə öncüllük” şüarı altında təşkil olunacaq.
Sərginin 24 min iştirakçının iştirak edəcəyi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.