SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Şamaxı rayonunun Sabir qəsəbəsində baş tutub. Aksiyaya üz tutan vətəndaşların müraciətləri eyniyönümlü-yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı olub. Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi daxil olan müraciətlərlə bağlı sözügedən əraziyə baxış keçirəcəklərini və mövcud vəziyyətlə bağlı aidiyyəti üzrə məlumat verəcəklərini görüş iştirakçılarının diqqətinə çatdırıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.