23 yanvar 2024-cü ildə AzTV Xəbərdə yayınlanan “Namiq Əliyevlə İqtisadiyyat Xəbərləri” verilişindəki “Antik pul yığanların diqqətinə: satış zamanı bu hallara rast gəlinir” adlı süjetdə (süjeti hazırlayanlar: Salatın Pirmuradova, Kamran İsayev, Aytən Abdulova) Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova iştirak etmişdir.
Süjetdəki sorğuda hazırda satış platformalarında qədim pulların satış dəyərindən yüksək məbləğdə təklif edildiyi bildirilmişdir.
Mütəxəssis-alim hər bir sikkənin satış dəyərinin müəyyən edilməsində vacib bilinən məqamları açıqlamış, hazırda sosial şəbəkələrdə satışa çıxarılan sikkələrin satış qiymətinin reallığa uyğun təyin edilmədiyini vurğulamışdır. Muzeyin mütəxəssisi hər bir vətəndaşın muzeyə material təhvil edilərkən riayət olunan qaydanı da xatırlatmışdır.
Süjet aşağıdakı linkdədir (2 dəq. 47 san.):
https://youtu.be/oEj7H-MUO54?si=ccrPaMsl-Fz6DGLO
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.